Böyük Britaniya Birləşmiş Krallığında aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən KONKRET.az-a verilən məlumata görə, deksametazon COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.
ÜST-ün Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir.
APA

Lazımdır ağır xəstə var