ÜST həyəcan təbili çaldı: Dünyada koronavirusdan ölənlərin sayı KƏSKİN ARTIBbackend

ÜST həyəcan təbili çaldı: Dünyada koronavirusdan ölənlərin sayı KƏSKİN ARTIB

Dekabrın 26-dan yanvarın 22-dək 11 milyondan çox insan koronavirusa yoluxub, 55 mindən çox insan isə dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Bildirilib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 13% artıb.

Məlumata görə, yoluxma hallarının sayı isə qeyd olunan müddətdə 25% azalıb.

Ən çox yoluxma Yaponiya (672 526) və ABŞ-da (323 721) qeydə alınıb. Cənubi Koreyada (192.638), Çində (142.066), Braziliyada isə (114 916) insan koronavirusa yoluxub.

Qeyd olunub ki, pandemiyanın başlanmasından bəri 664 873 023 nəfər COVID-19-a yoluxub, 6 724 248 nəfər isə dünyasını dəyişib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*