ÜST rəhbərindən yaşlılara ÇAĞIRIŞbackend

ÜST rəhbərindən yaşlılara ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus ÜST-nin bütün üzv dövlətlərini tibb işçilərini və 60 yaşdan yuxarı insanları peyvənd etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə ÜST-nin mətbuat xidməti məlumat yayıb.

“Biz (ÜST) üzv ölkələri tibb işçilərinin və 60 yaşdan yuxarı insanların 100% peyvəndinə riayət etməyə çağırmaqda davam edirik” deyə Qebreyesus bildirib.

Eyni zamanda, o əlavə edib ki, məqsəd hələ də əhalinin 70%-ni peyvənd etmək olmalıdır.

“Bu, insanların həyatını xilas etmək və həqiqətən davamlı bərpanı təmin etmək üçün ən yaxşı yoldur”, – ÜST rəhbəri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*