ABŞ Çinə qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.
KONKRET.az xəbər verir ki, Konqresin qəbul etdiyi yeni qanun toplusu Sintszyan-Uyğur muxtar rayonunda uyğur müsəlmanlarına qarşı aparılan etnik təmizləmə siyasətidir.
Konqresdə qanun yekdilliklə qəbul edilib. Sənəddə bu cinayətdə əli olan bütün vəzifəli şəxslər barədə ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Cəza tədbirləri sırasında çinli məmurların ABŞ-a gəlişinə qadağa və bu adamların Amerikadakı əmlaklarına həbs tələbi də var. İndi söz ABŞ prezidentinindir. Konqresin hazırladığı qanunu Donalt Tramp təsdiqləyəcəyi təqdirdə sanksiyalar qüvvəyə minəcək.
SURXAY