Vaksin olunanlardan neçə faizinin yoluxduğu AÇIQLANDIbackend

Vaksin olunanlardan neçə faizinin yoluxduğu AÇIQLANDI

Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in idarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.

“Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq”, – deyə R.Bayramlı paylaşımında qeyd edib.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*