Van Ambarçumyan: “Geniş hərbi əməliyyatların başlanması təhlükəsi var”backend

Van Ambarçumyan: “Geniş hərbi əməliyyatların başlanması təhlükəsi var”

“Geniş miqyaslı hərbi əməliyyatların başlanması təhlükəsini görürəm”. Konkret.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Van Ambarçumyan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib. O bildirib ki, Ermənistandakı gərgin daxili siyasi vəziyyət sərhəd gərginliyinə də səbəb ola bilər. Müharibə başlasa, bu, Aprel döyüşlərinə bənzəməyəcək.

Ekspert bu gün Azərbaycanda 10 minə yaxın hərbçinin iştirak edəcəyi genişmiqyaslı manevrlərə də münasibətini bildirib.

“Azərbaycanın planı Ermənistana eyni vaxtda bir neçə istiqamətdə, o cümlədən Naxçıvan tərəfdən hücum etməkdir. Təlimlər Naxçıvanda olur və sərhədə çox yaxındır. Sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin toplanması barədə məlumatlar var. Oradan Ermənistanın paytaxtına cəmi 42 kilometr məsafədədir və İrəvanın əsas strukturları İrəvanda yerləşir”, – deyə Van Ambarçumyan bildirib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*