Van Dammın azərbaycanlı gəlininin yeni paylaşımı marağa səbəb oldu – FOTObackend

Van Dammın azərbaycanlı gəlininin yeni paylaşımı marağa səbəb oldu - FOTO

Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə ailə qurmasının bir ilini qeyd edir.

KONKRET.az xəbər verir ki, Suada Hacıyeva həyat yoldaşı ilə İnstaqram hesabında Parisdə “Eyfel” gülləsinin qarşısında çəkilən fotosunu paylaşıb.

“Sən mənim həyatımın sevgisisən. Biz bir-birimiz üçün yaradılmışıq, səni sonsuza qədər sevirəm. Həyatımın sevgisi ilə evli olmağımdan artıq 1 il keçdiyinə inana bilmirəm”, – S.Hacıyeva bildirib.

Qeyd edək ki, Suada Hacıyeva Kristoferlə ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*