Vasif Talıbovdan tapşırıq: Bu kitabları oxuyunbackend

Vasif Talıbovdan tapşırıq: Bu kitabları oxuyun

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov MR gənclərinə bir sıra kitabların oxumaları ilə bağlı tapşırıq verib. O, bu təklifi Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında səsləndirib.

KONKRET.az-ın xəbərinə görə, V. Talıbovun fikrində gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması üçün muxtar respublikada nəşr olunmuş kitabların mütailəsi gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunmalıdır. AM sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*