
Özbəkistanın Qazaxıstandakı səfirliyi və Aktaudakı Baş Konsulluğu Qazaxıstanla sərhəddə olan vətəndaşlardan pul tələb etmə səbəblərini müəyyənləşdirib. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan vətəndaşları dəfələrlə şikayət ediblər ki, Tajen keçid məntəqəsində (Qazaxıstan Respublikası) naməlum şəxslər sərhədi problemsiz keçmək üçün guya onlardan pul tələb edirlər.
“Özbəkistanın Nur-Sultandakı səfirliyi və Aktaudakı Baş Konsulluğu bütün bu məsələləri Qazaxıstan tərəfi ilə birlikdə aydınlaşdırmaq və problemi həll etmək üçün bir sıra diplomatik addımlar atır”, – deyə Özbəkistan tərəfi belə bir açıqlama ilə çıxış edib.
