“Vəzifədə saxta diplomla oturanlar mütləq işdən kənarlaşdırılmalıdır” – Partiya sədribackend

"Vəzifədə saxta diplomla oturanlar mütləq işdən kənarlaşdırılmalıdır" - Partiya sədri

Son günlər ictimaiyyət tərəfindən ən çox müzakirə edilən mövzulardan biri də deputatların və ya digər vəzifə daşıyan şəxslərin saxta diploma sahib olması ilə bağlıdır. Zaman-zaman hətta saxta diploma yiyələnərək Milli Məclisə qədər gəlib çıxan, yaxud digər yüksək vəzifə sahibi olan şəxslərin kimliyi haqda da yerli mediada məlumatlar dərc olunub. Doğrudur, bəziləri bu məsələlərdə özünə haqq qazandırmağa çalışsa da, bir çoxları təkzibedilməz faktlar qarşısında aciz qalıblar. Hər bir halda bu gün Azərbaycanda saxta diplomla vəzifədə olan məmurların mövcudluğu heç kimə sirr deyil. Bəs görəsən, saxta diplomla vəzifə tutanlara  qarşı hansı tədbirlər həyata keçirilməlidir?  

Mövzunu KONKRET.az-a şərh edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, saxta diplom məsələsi Azərbaycanda kifayət qədər yayılıb: “Saxta diplomun da müxtəlif formaları mövcuddur. Bəzi adamlar var ki, zamanında ali təhsil müəssisələri onları daxili test üsulu ilə qəbul edib və diplom verib. Lakin sonradan məlum olub ki, həmin diplomların nömrəsi Dövlət İmtahan Mərkəzinin bazasında mövcud deyil. Ona görə də, həmin diplomlar saxta hesab olunur. Digər tərəfdən, elə şəxslər var ki, adlarını yazdırsalar da universitetə getməyiblər və ya “tanışlıq” əlaqələri hesabına saxta diplom alıblar. Bütün bu faktları araşdırmaq lazımdır. Mənim kifayət qədər tanıdığım insanlar var ki, zamanında özəl universitetlərdə təhsil alıblar, amma sonradan həmin adamların diplomlarının DİM-də qeydiyyatdan keçmədiyi məlum olub. Bu cür “saxta diplom” nüansları ciddi araşdırılmalıdır”.

Tural Abbaslı bu tarixdə evlənir • Faktinfo.azTural Abbaslı əlavə edib ki, vəzifədən asılı olmayaraq ortada saxtakarlıq və qanun pozuntusu faktı varsa, mütləq reaksiya verilməlidir: “Elə vəzifələr var ki, ora diplom tələb olunur. Belə vəzifələrə saxta diplomla yiyələnən şəxslər həmin postları itirməlidir. Çünki diplomu olmayan şəxs o vəzifəni icra edə bilməz. Amma elə vəzifələr də var ki, orada diplom tələbi yoxdur.  Həmin vəzifədə olan şəxs saxta diplom almasına rəğmən öz işinin başındadır. Bu cür şəxslər hər halda öz vəzifələrini yerinə yetirə bilərlər. Bu məsələlərdə dövlətin yanaşması çox önəmlidir. Hər bir halda qanun pozuntusu varsa, heç kimin daşıdığı vəzifəyə baxılmamalıdır. Amma dələduzluğun qurbanı olan şəxslərə həssas yanaşma vacibdir. Qanunvericiliyə görə, diplom tələb edilməyən vəzifələrdə kimsə saxta sənədlə əyləşibsə və işinin öhdəsindən gəlirsə, o zaman həmin şəxslərə toxunulmamalıdır. Əksinə, diplom tələb olunan vəzifədə saxta sənədlə oturanlar mütləq işdən kənarlaşdırılmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*