“Vəziyyət çox ciddidir və Ermənistan üçün əlverişsiz ssenari üzrə inkişaf edir”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Vardan Balyan yazıb.
“Dünən Təl-Əvivdə Azərbaycan səfirliyinin açılış mərasimi keçirilib. Mərasimdən sonra İsrailin xarici işlər naziri Eli Koen Ceyhun Bayramovla mətbuat konfransı keçirib.
Koen deyib ki, “İsrail və Azərbaycan Yaxın Şərqdə qeyri-sabitlik yaradan Tehranın nüvə potensialını genişləndirməsinin qarşısını almaq üçün İrana qarşı birlikdə çalışmalıdır”.
Xüsusilə son günlərdə baş verən hadisələr heç də döyüş mövqeləri və ya yüksəklik problemi deyil. Vəziyyət çox ciddidir və ən azı bizim üçün əlverişsiz ssenari üzrə inkişaf edir”, – deyə Balyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
