“Vəziyyət çox gərgindir, atışma intensivləşir” – Peskovbackend

“Vəziyyət çox gərgindir, atışma intensivləşir” - Peskov

“Vəziyyət, həqiqətən çox gərgindir. Atışmalar daha da intensivləşir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirərkən deyib.

Peskov Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini söyləyib.

O, həmçinin qeyd edib ki, bu gün Vladimir Putin vəziyyətin gərgin olması ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək: “Söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir”.

Peskovun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*