Viktor Medvedçuk Rusiyaya TƏHVİL VERİLDİbackend

Viktor Medvedçuk Rusiyaya TƏHVİL VERİLDİ

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi aparılıb.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu dəfə Ukraynanın müxalif siyasətçisi Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.

Əsirlərin dəyişdirilməsini Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib.

Məlumata görə, Rusiya “Azov” alayının döyüşçülərini azad edib.

Qeyd edək ki, 2021-ci aprelin 12-də UTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində V.Medvedçuk saxlanılıb.

O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin talanmasına cəhddə, oktyabr ayından isə kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib. Daha sonra V.Medvedçukun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ukraynada Viktor Medvedçuku vətənə xəyanətə görə 15 ilə qədər həbs cəzası gözləyirdi.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*