backend

Vilayət Eyvazov Xaçmazın rəis müavinini də sərəncama göndərdi

Xaçmaz rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

Konkret.az APA-ya istinadla xəbər verir ki, şöbənin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Bundan başqa, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov sərəncama göndərilib. Xızı RPŞ-nin rəisi Həmid Həsənov isə Xaçmaz RPŞ-nin rəisi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*