Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.
Kənd sakini, 64 yaşlı M. Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
