Məşhur aktrisa vəfat edibbackend

Məşhur aktrisa vəfat edib

Tanınmış rusiyalı aktrisa Anna Şerlinq 46 yaşında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Anna Şerlinqin ölüm xəbərini atası, tanınmış teatr rejissoru və xoreoqraf Yuri Şerlinq də təsdiqləyib. Bildirilib ki, aktrisa uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Anna Şerlinq 1 iyun 1980-ci ildə Moskvada yaradıcı ailədə anadan olub. Onun atası teatr rejissoru və xoreoqraf Yuri Şerlinq, anası isə tanınmış aktrisa Tamara Akulovadır. Anna altı yaşında olarkən valideynləri boşanıb.

Aktrisanın kinoda debütü 2003-cü ildə rejissor Elyor İşmuxamedovun “Ангел на дорогах” serialında baş tutub. O, ekran əsərində Şuroçka obrazını canlandırıb. Serialda əsas qadın obrazlarından birini isə Anna Şerlinqin anası Tamara Akulova oynayıb.

Karyerası ərzində 20-dən çox film və serialda rol alan Anna Şerlinq müxtəlif janrlarda ekran işlərində tamaşaçı qarşısına çıxıb. Onun filmoqrafiyasında melodram, komediya, detektiv və ailə janrında layihələr yer alır.

Aktrisanın rol aldığı ekran işləri arasında “Бабий бунт, или Война в Новосёловково”, “Любопытная Варвара-3”, “Папины дочки” və “След” kimi məşhur layihələr də var.

Anna Şerlinqin 46 yaşında vəfat etməsi Rusiya kino və televiziya ictimaiyyətində kədər yaradıb.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*