İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-a göndəribbackend

İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-a göndərib

İran hakimiyyəti ABŞ ilə müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri ilə Vaşinqtona çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir.

KONKRET.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.

İranın təhlükəsizlik rəhbərliyi daha əvvəl də Qətər daxil olmaqla vasitəçilərlə danışıqlar apardığını və müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və dəniz blokadasının ləğvini əsas tələblər sırasında göstərdiyini açıqlamışdı.

“Biz Qətər vasitəçisi ilə əlaqədəyik. O, müharibənin dayandırılması məqsədilə şərtlərimizi Vaşinqtona çatdırıb və Prezident Trampın cavabını gözləyirik”, – Rezai bildirib.

Onun sözlərinə görə, İranın şərtlərinə bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının aradan qaldırılması daxildir. Tehran bundan əvvəl Hörmüz boğazının açılmasını da ABŞ-nin müharibəni və dəniz blokadasını dayandırması, İranın xaricdəki dondurulmuş vəsaitlərinin azad edilməsi ilə əlaqələndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*