“Trabzonspor” “Qalatasaray”ı darmadağın edibbackend

“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib

Türkiyə Super Liqasında növbəti turun oyunlarından biri keçirilib.

KONKRET.az xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Trabzonspor”un heyətində Məhəmməd Salah het-trik edib. O, 4-cü, 44-cü və 80-ci dəqiqələrdə fərqlənib. Digər qolu isə 39-cu dəqiqədə Savio vurub.

“Qalatasaray” matçı 10 nəfərlə başa vurub. Komandanın futbolçusu Çimuanya Uqoçukvu 87-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*