Suriyanın Deyr əz-Zor vilayətində yerləşən sursat anbarında baş verən güclü partlayış nəticəsində 11 hərbçi həyatını itirib.
KONKRET.az xəbər verir ki, hadisə vilayətin Ayaş bölgəsində dünən naməlum səbəbdən baş verib. Partlayışın başvermə səbəbi hələlik məlum deyil.
Suriya Müdafiə Nazirliyinin açıqlamasında partlayış nəticəsində 11 hərbçinin həlak olduğu bildirilib. Həlak olan hərbçilərlə bağlı bu gün Deyr əz-Zor Milli Xəstəxanasında rəsmi vida mərasimi keçirilib. Mərasimdə hərbi və mülki rəsmilər, eləcə də bölgə sakinləri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın əvvəlində İdlib vilayətinin Sarmada bölgəsi yaxınlığında silah və müharibədən qalan sursatların toplandığı müəssisədə də partlayış baş verib. Həmin hadisə nəticəsində 14 nəfər həyatını itirib.
Qeyd edək ki, müharibə illərində əsas döyüş bölgələrindən biri olan Deyr əz-Zorda hazırda da partlamamış sursatlar və müharibədən qalan silahlar ciddi təhlükə yaradır.
