Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMRbackend

Vilayət Eyvazovdan arvadını güllələyən polislə bağlı ƏMR

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

KONKRET.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə ondan şikayətə gələn arvadı, 26 yaşlı Xanım Məmmədovanı tabel silahı ilə güllələyərək öldürüb./lent.az/

  • yusif
    Oktyabr 1, 2021 - 16:26

    bəs onun psixoloji halını niyə iniyədək heç qəti yoxlamayıblar və patronları haradan necə götürdüyünü açıqlamırlar…bunların mütləq təhqiqatı aparılmalı və qəti ölçülər alınmalıdır..bu ilk belə hal deyil polisdə..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*