Vilnüs Kalininqrada gedən dəmir yolunu bağlayırbackend

Vilnüs Kalininqrada gedən dəmir yolunu bağlayır

Litva Dəmir Yolları İdarəsi Kalininqrad vilayətinin rəhbərliyini Avropa İttifaqının sanksiyasına düşən malların tranzitini dayandıracağı barədə xəbərdar edib. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov özünün Telegqam-kanalında məlumat yayıb.

Vilnüsdən verilən informasiyaya görə, bu gün saat 00:00-dan etibarən Litva ərazisindən dəmir yolu vasitəsilə Kalininqrada yük daşımaları dayandırılır.

A.Alixanov bildirib ki, Qərbin sanksiyalarına geniş çeşiddə mal və məhsullar düşüb. Bu siyahıya ərzaqla yanaşı sement, metal kimi inşaat materialları da daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*