Vitali Balasanyan qondarma qurumdakı “vəzifə”sini İTİRDİbackend

Vitali Balasanyan qondarma qurumdakı "vəzifə"sini İTİRDİ

Vitali Balasanyan Qarabağdakı qondarma qurumda “vəzifə”sindən itirib.

KONKRET.az xəbər verir ki, bu barədə separatçıların lideri Arayik Arutyunyan yanvarın 7-də “sərənçam” imzalayıb.

Vitali Balasanyan “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edilib. Görünür, rus nökəri Ruben Vardanyanın “ya mən, ya Balasanyan” şərti quldurbaşı Arayik tərəfindən qəbul olunub.

Onun əvəzinə Ararat Melkumyan təyin edilib.

Bundan əvvəl Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə “general-mayor” rütbəsi alan Ararat Melkumyan qondarma qurumun “milli təhlükəsizlik xidməti” direktorunun birinci müavini idi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*