“Vladimir Putin Adolf Hitler və İosif Stalindən daha təhlükəlidir” – Mateus Moravetskibackend

“Vladimir Putin Adolf Hitler və İosif Stalindən daha təhlükəlidir” - Mateus Moravetski

Polşanın Baş naziri Mateuş Moravetskinin bu sözləri yəqin ki, Kremldəkiləri əməlli-başlı qıcıqlandıracaq.

KONKRET.az xəbər verir ki, M.Moravetski Putinin XX əsrin diktatorlarından nəyə görə daha təhlükəli olduğunu belə izah edib:

“Putinin daha çox öldürücü silahları, nüvə raketləri var. Rusiya informasiya məkanını milyonlarla saxta xəbərlə doldurub. Putin Hitler və ya Stalin deyil. Təəssüf ki, o, daha təhlükəlidir. Avropa ona mane olmasa, Putin rus qoşunlarını Avropaya daha da göndərəcək. Onu harada dayandıracağımız bizdən asılıdır”.

Moravetskinin bu xəbərdarlığı ilk növbədə Qərb (ABŞ və Avropa) liderlərinə ünvanlanıb. Lakin Qərb liderlərinin bəziləri (o cümlədən Co Bayden) Putini zəiflətməyi, ancaq tam olaraq əzməməyi, Rusiyanı parçalamamağı düşünürlər. Onlar istəyirlər ki, Putin Ukrayna “bataqlığ”ından sifətini saxlayaraq çıxsın. Yəni ki, çıxılmaz vəziyyətdə qalaraq son çarə kimi nüvə silahına əl atmasın.

Polşa və Baltikyanı ölkələrin liderləri isə Rusiyanın tam və qəti məğlubiyyətə uğradılmasında maraqlıdırlar.(Visiontv.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*