Vladimir Putindən MÜHÜM GÖSTƏRİŞbackend

Vladimir Putindən MÜHÜM GÖSTƏRİŞ

Faşizm üzərində qələbənin 75 illiyi təntənə ilə qeyd ediləcək.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya göstəriş verib. Xatırladaq ki, COVİD-19 pandemiyasına görə mayın 9-da keçirilməsi planlaşdırılan qələbə paradı təxirə salınmışdı. Vladimir Putin bu tarixi hadisənin layiqincə qeyd eilməsinin vacibliyini nəzərə alaraq iyunun 24-də qələbə paradının təşkilini istəyib. İyunun 24-də Rusiyanın bütün mərkəzi şəhərlərində qələbə paradları təşkil ediləcək. Qələbə paradlarında veteranların iştirakı pandemiya ilə bağlı istisna edilə bilər. Amma arzulayan veteranların paratda iştirakı təmin ediləcək. Yeri gəlmişkən, həmin gün qeyri-iş günü kimi sayılacaq.

SURXAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*