Şair Vüqar Əhməd saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a danışan şair yayılan məlumatların doğru olmadığını deyib:
“Yalan məlumatdır. Hazırda evimdə oturub çay içirəm. Bunu yayanları məhkəməyə verəcəm”.
***
saat 19:14
Tanınmış şair Vüqar Əhməd sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat katibi Gülnar Səma məlumat verib.
O, Vüqar Əhmədin hansı qurum tərəfindən saxlanıldığını bilmədiyini deyib.
Qeyd edək ki, Vüqar Əhmədin bu gün gündüz saatlarından saxlanılması ilə bağlı xəbər yayılmışdı.
Onun niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil.
****
Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
KONKRET.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.
