”WhatsApp”dan istifadəçilərini sevindirəcək YENİLİKbackend

”WhatsApp”dan istifadəçilərini sevindirəcək YENİLİK

“WhatsApp” öz videozəng funksiyasında yenilik etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, hazırda tətbiqetmə qrup halında təşkil edilən videozənglərə maksimum 4 nəfərin qoşulmasını dəstəkləyir. Lakin təqdim ediləcək yeni beta versiya ilə bu say 8-ə qədər qalxa bilər.

“WhatsApp” yazışmaları kimi, qrup video zəngləri də “end-to-end” metodu ilə şifrələnib. Bu isə o deməkdir ki, yazılanı və danışılanı yalnız göndərən və qəbul edən şəxslər görür.

“Zoom” və “Houseparty” kimi tətbiqlərdə isə bu şifrələmə metodu yoxdur. Yəni istehsalçı istənilən vaxt məlumatları üçüncü bir şəxsə ötürə bilər.

“WhatsApp”ın təqdim edəcəyi yenilik isə, şübhəsiz, tətbiqin populyarlığını və etibarlılığını daha da artıracaq./qazeta.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*