WUF13-dən sonra Azərbaycanın statusu dəyişdi – Əliyevdən mühüm MESAJbackend

WUF13-dən sonra Azərbaycanın statusu dəyişdi – Əliyevdən mühüm MESAJ

Mayın 25-də Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirə zamanı ölkə başçısı bir çox vacib mövzulara toxunub.

Prezident deyib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır.

Sitat:

“Bizim dünya miqyasında çox yüksək reputasiyamız və çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada “orta gücə” malik dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda, xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik”.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, bu məsələ ilə bağlı bir sıra araşdırmalar var:

“2020 və 2024-cü illərdə bu məsələni əhatə edən araşdırmalarımız jurnalda dərc olunub. Ümumiyyətlə, “orta güc” olmaq üçün bir sıra kriteriyalar var. Hərbi, iqtisadi, hətta mədəni “yumşaq güc” kriteriyaları buna misal ola bilər.

“Azərbaycan orta gücdürmü?” – sualına gəldikdə isə deyə bilərəm ki, hərbi cəhətdən regionun ən güclü ordusu Azərbaycandadır. İqtisadi baxımdan da nəinki güclüyük, həm də digər ölkələrin iqtisadiyyatına təsir imkanlarımız var. Bizim geoiqtisadi layihələrimiz mövcuddur. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi buna misal ola bilər. Hazırda biz Avropa İttifaqının 10 ölkəsinə qaz ixrac edirik. Bu da Azərbaycan üçün çox ciddi təsir imkanı yaradır.

Azərbaycan son illərdə həm də iri həcmli tədbirlərə ev sahibliyi edir. COP29, WUF13 kimi tədbirlər qeyd etdiyim “yumşaq güc”dən bəhs etməyə əsas verir. Bütün bunlar ölkəmizi “orta güc” statusuna gətirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*