Burada deyiblər ki, adımı sənə qoyum, səni də yana-yana. Azərbaycanlılara və türklərə qarşı törətdikləri Xocalı soyqırımı başda olmaqla, saysız-hesabsız qətliamları unudaraq, “yazıq”, “günahsız” obraza girən ermənilər Türkiyəyə qarşı sanksiya tələb edirlər. Üstəlik, “dini bir, qanı bir qardaşları” farslara da qahmar çıxırlar.
KONKRET.az xəbər verir ki, noyabrın 7-də İrəvanda müzakirə zamanı erməni politoloq Artur Xaçikyan deyib ki, Qərb Qarabağda erməniləri qətlə yetirən Türkiyəyə qarşı deyil, İrana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
“Ermənistan hakimiyyəti özünə aşağıdakı sualları verməlidir: nə üçün Qərb Qarabağın 120 min sakininin gələcəkdə soyqırımı və ya etnik təmizləmə ehtimalına məhəl qoymur?
Qarabağı təslim etdikdən sonra sülh içində yaşamağa başlayacağımız barədə tezis də, sülh dövrü haqqında tezis də iflasa uğrayıb.
Ermənistan hakimiyyətinin Qərblə nədən danışdığını anlamaq çox çətindir.
Nəyə imza atacaqlar? Bu 15 bənd nədir, Vaşinqton və Brüssel konkret hansı vədlər verə bilər?”, – deyə Xaçikyant sual edib.
O, İranla münasibətləri düzgün adlandırıb, lakin daha da dərinləşəcəyi təqdirdə yarana biləcək riskləri nəzərə almağa çağırıb.
“Biz riskə hazır olmalıyıq. Bir neçə gün əvvəl Bayden misli görünməmiş bir bəyanatla çıxış edərək İranı azad etməyin vaxtı olduğunu söyləyib. İranda mümkün rejim dəyişikliyi bizə necə təsir edəcək?
Blinken bu yaxınlarda deyib ki, İranın nüvə proqramının başa çatmasına hələ bir neçə ay, ya həftə qalıb və “biz buna imkan verməyəcəyimiz aydındır”.
Bu o deməkdir ki, ABŞ və İsrail İrana qarşı qabaqlayıcı zərbə endirə bilər. Bu bizə necə təsir edəcək?
İranın Rusiya ilə hərbi əməkdaşlığına görə Qərb artıq Tehrana qarşı sanksiyaları müzakirə edir. Burada ikili standart var.
Yada salsaq ki, Türkiyə etnik təmizləmə və Qarabağ məsələsinin güc yolu ilə həlli üçün Azərbaycana pilotsuz təyyarələr verəndə Türkiyəyə qarşı heç bir sanksiya tətbiq edilməmişdi.
Üç stulda oturmaq alınmayacaq. Biz çox təhlükəli vəziyyətdəyik və Ermənistan hakimiyyəti daim yalan danışır”, – Xaçikyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
