Xaçmazın icra başçısı şəhid ailələri ilə görüşdübackend

Xaçmazın icra başçısı şəhid ailələri ilə görüşdü

Bu gün Xaçmaz Rayon İcra Hakimiyyətində Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bir araya gəlib. .

Tədbirdə RİH-nin başçısı Elnur Rzayev çıxış edib. O, son illər Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açıb. RİH-nin başçısı bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra işlər görülüb. Bundan sonra da bu qəbildən olan insanların problemləri diqqət mərkəzində saxlanılacaq.

Həmçinin görüşdə Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri də çıxış edib. Onlar göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*