Yaralı hadisə yerində dünyasını dəyişib. Konkret.az-ın şimal bürosu xəbər verir ki, qəza bu saatlarda Gəndov -Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verib. “Hunday” markalı avtomobil yolu keçən kənd sakini 1956-cı il təvəllüdlü Camiyev İslam İbrahimxəlil oğlunu vurub. Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, dünyasını dəyişib. Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı ekspertiza təyin edilib. Araşdırmalar aparılır.