Xaçmazda dəhşətli yol qəzası – SÜRÜCÜLƏR ÖLDÜ / YENİLƏNİBbackend

Xaçmazda dəhşətli yol qəzası - SÜRÜCÜLƏR ÖLDÜ / YENİLƏNİB

Xaçmaz rayonun Armudpadar kəndi ərazisində, Xaçmaz-Quba yolunun 3-cü km-də dəhşətli yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, Quba istiqamətində hərəkətdə olan “KamAZ”markalı yük maşını “BMW” və “Toyota Prado”markalı minik avtomobilləri ilə toqquşub.

Nəticədə “BMW”-nin sürücüsü, 37 yaşlı Quba sakini Zaur Quliyev hadisə yerində, “Toyota Prado”nun sürücüsü, Xaçmaz sakini olan 60 yaşlı Cəlil Güləhmədov isə Xaçmaz Rayon Mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

17:52

Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.

KONKRET.az xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “BMW” və “Toyota Prado” markalı minik avtomobilləri ilə “KamAZ” markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə “Toyota Prado” markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb, “BMW” markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-cil təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*