Xadaryonok: “Azərbaycanla müqayisədə Ermənistanın xarici siyasət kursu bərbaddır”backend

Xadaryonok: "Azərbaycanla müqayisədə Ermənistanın xarici siyasət kursu bərbaddır"

Rusiya mətbuatında Azərbaycan əleyhinə çıxışlar mütəmadi xarakter alıb. Ölkəmizin imicinə xələl gətirən bu cür halların təşkilində Rusiyadakı erməni icmasının böyük rolu var. 44 günlük müharibə zamanı Rusiyanın dövlət kanallarında Azərbaycan əleyhinə aparılan kampaniyada fəal iştirak edənlərin əksəriyyəti də erməni diasporunun təsiri altına düşənlər idi. Düzdür, dövlət kanallarını “işğal edən” ermənipərəst qüvvələr Rusiyanın mövqeyini ifadə edirdilər.

Müharibədən sonrakı dövrdə də Azərbaycan əleyhinə kampaniya səngiməyib. İmkan düşən kimi Rusiyanın aparıcı dövlət kanalları erməni dostları qarşısında öhdəliyini yerinə yetirmək üçün yenidən Azərbaycanı hədəfə alırlar. Bu işdə Skobayeva və Solovyovun xüsusi rolu qeyd edilməlidir. Amma bəzən həmin verilişlərdə Azərbaycanın mövqeyini müdafiə edənlər də tapılır. Bəziləri isə hər cür təzyiqə rəğmən həqiqəti söyləməyə məcbur olur. Bunlardan biri də Rusiya telekanallarında hərbi ekspert kimi çıxış edən Mixail Xadaryonokdur. Telekanallardan birində çıxışı zamanı Azərbaycan haqqında xoş sözlər deyən hərbi ekspertin çıxışı diqqətimizi cəlb etdi:

”Azərbaycanın çox güclü ordusu var. Amma məsələ həll edilməmiş qalır. Bu gün həll edə bilmədiklərini gələcəkdə mütləq əldə edəcəklər. Bu mərhələlərdə strateji üstünlüyə sahib olan Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan silahlı qüvvələri gündən-günə güclənir. Təxirəsalınmaz seleksiya işləri həm komandir heyətində, həm də döyüş əməliyyat hazırlığında fərqli səviyyədə qurulub. Müasir silah tədarükü üçün hər cür imkana malikdirlər. Ən başlıcası, onların güclü müttəfiqi var. Bu da regional planda Azərbaycanın imkanlarını daha da artırır.

Ermənistana gəlincə, bütün vektorlar mənfi xarakterlərlə əhatə olunub. Bəzi erməni liderlərin ağıllanması üçün istefalarını istisna etmirəm. Xarici siyasət kurslarına isə hələ baxmaq lazımdır”, – deyə Xadaryonok bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*