“Xalam qızı Dubaya getdi, qayıtmadı” – Pərvin Abıyevabackend

"Xalam qızı Dubaya getdi, qayıtmadı" - Pərvin Abıyeva

Qalmaqallı aktrisa Pərvin Abıyeva xalası qızının ərəb şeyxinə ərə getməsilə bağlı sualı cavablandırıb.

KONKRET.az xəbər verir ki, Abıyeva ARB-nin “Söhbət var” proqramında məsələyə aydınlıq gətirib:

“Xalam qızı ərəblə ailəlidir. Dubayda, yerli bir ərəbə ərə gedib. O da Dubayın şeyxi yox, kasıbıdır. Xalam qızının qəribə xasiyyəti var idi, hara gedirdi, orada qalırdı. Anam ömürboyu onu axtarıb. Özümü tanıyandan xalam qızını anamla axtarmışıq. Dinamik, enerjili qız idi. Bir gün rəfiqəsi ilə Dubaya gəzməyə getdi. Bir həftəlik getmişdi, qayıtmadı. Anam yığdı ki, harda qaldın? Bir-iki ay keçdi, zəng etdi ki, ərə getmişəm. İndi qapanıb, uşağı olacaq. O, açıq geyinən qızdan əsər-əlamət qalmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*