“Depressiyaya meyilli insanam”.
KONKRET.az olay-a istinadla xəbər verir ki, bunu Xalq artisti Naibə Allahverdiyeva deyib.
O əlavə edib: “Hər şey mənə pis təsir edir. Depressiyaya düşürəm. Bu hal məndə artıq neçə illərdir ki, davam edir. Bir az əsəbiləşəndə, fikir edəndə depressiyaya düşürəm.
“TikTok”da tez-tez canlı açıram. Amma orada çox oturmuram, çünki buna səbrim çatmır. Tamaşaçılar mənə çox gözəl sözlər yazırlar, o şərhləri oxuyuram, əhvalım daha da yaxşılaşır.
5 aydır ki, televizora baxmıram. Televiziyaya nəyə baxım, orada baxılmalı nə var ki?! Maraqlı bir şey yoxdur. Açanda da verilişlərin əksəriyyətində dava, savaş, təhqir, bir-birilərinin söyməsini görürsən. Aparıcılar qonaqlarını danışdırır, ortaya qırığın salırlar”.