“Əminəm ki, xalq sonda başa düşəcək ki, Qarabağsız Ermənistan yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Hayastan” fraksiyasının deputatı Vahe Akopyan deyib.
“Qarabağda görünməmiş bir hadisə baş verdi, bütün qüvvələr öz “siyasi” baxışlarını bir kənara qoyub birləşdilər, indi növbə Ermənistandadır.
Bizim dediklərimizin hamısı reallaşdı, indi təmiz su hövzəsinin qarşısında dayanmışıq, hə, yox məsələsi həll olunur.
Əminəm ki, xalq sonda başa düşəcək ki, Qarabağsız Ermənistan yoxdur”, – Akopyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
