Xamenei ABŞ ilə danışıqları mümkün hesab edir, amma şərtləri varbackend

Xamenei ABŞ ilə danışıqları mümkün hesab edir, amma şərtləri var

“İran ABŞ ilə nüvə proqramı danışıqlarını yeniləməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

O qeyd edib ki, Pezeşkian hökuməti ilə baş tutacaq istənilən danışıq üçün rəsmi Tehran “qırmızı xətt” çəkib və prezidentə Vaşinqtona etibar edilməməsini tapşırıb.

Bildirilir ki, İranın şərtləri 2015-ci ildəki kimi dəyişməz olaraq qalır. Tehran yalnız iqtisadi sanksiyaların ləğvindən sonra razılaşmaya gedə bilər.

ABŞ Dövlət Departamenti isə İran hakimiyyətinin sözlərinə görə deyil, əməlinə əsasən hərəkət edəcəklərini vurğulayıb.

Xatırladaq ki, tərəflər arasında pozulan razılaşmadan sonra İran məhdudiyyətlərə məhəl qoymayaraq uranı 90 %-dən çox zənginləşdirib.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*