Xamenei Rusiyanın Ukraynaya hücumunu DƏSTƏKLƏDİ – VİDEObackend

Xamenei Rusiyanın Ukraynaya hücumunu DƏSTƏKLƏDİ - VİDEO

Xamenei Putinin Ukraynaya hücumundan məmnun olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, iyulun 19-da Rusiya Prezidenti Vladimir Putinlə İranın dini rəhbəri arasında görüş baş tutub. Görüşdə Əli Xamenei Rusiyanın Ukraynaya hücumundan məmnunluğunu ifadə edib.

“Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız, qarşı tərəf buna təşəbbüs göstərib müharibə başladacaqdı”,- deyə Xamenei bildirib.

O, Rusiya Prezidenti ilə görüşdə Ukraynaya hücumu yenidən “xüsusi əməliyyat” və “Ukrayna münaqişəsi” adlandırıb.

Bununla yanaşı, İranın ali liderinin Ərdoğanla görüşünün əksinə olaraq, Vladimir Putinlə xüsusi və mehriban salamlaşması diqqəti cəlb edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*