Xankəndidə fotosessiya üçün rəfləri boşaltdıqdan sonra fotoqrafın səriştəsiz olduğu ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, erməni seqmentinin sosial şəbəkələrində Xankəndidəki mağazaların boş rəflərinin fotosu paylaşılıb. Lakin foto paylaşılıandan sonra bütün məhsulların rəflərdən çıxarılaraq yerə düzüldüyü aydın olub.
Separatçılar deyir yemək yoxdur. Sonra boş rəflərin fotoşəkillərini qoyurlar, amma vitrində məhsulların əksi görünür. Başdan-ayağa yalan, kələk üstündə qurulmuş saxta qurumun özü kimi də oyunları var.

Xuraman Etibarlı,
KONKRET.az
