Xankəndidə baş vermiş partlayış nəticəsində xəsarət almış 58 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrində daha yüksək tibbi yardım göstərilmək üçün təxliyə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yanıq xəsarətləri almış vətəndaşların Qarabağın xəstəxana və tibb məntəqəsindən təxliyyəsini Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələr həyata keçirir.
“Hazırda 16 vətəndaş təxliyə edilib, 35 nəfər isə Respublika Tibb Mərkəzindən çıxarılıb”, – RMK-nın tibb dəstəsinin rəhbəri Pavel Suslov deyib.
Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və Xankəndi şəhərləri ilə dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır.
Rusiya sülhməramlı kontingenti hazırda öz evlərinə qayıda bilməyən 293-ü uşaq olmaqla 522 mülki şəxsi qəbul etməkdə davam edir.
Ariz Həsənoğlu,
KONKRET.az
