“Mən indi baxılan layihənin qəti əleyhinəyəm, müzakirə etməyəcəyəm. Mən veto qoyacağam. Bu qanun bizi Avropadan uzaqlaşdırmaq üçün hazırlanıb”
KONKRET.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
Prezident qeyd edib ki, müvafiq təşəbbüs parlament tərəfindən təsdiqlənərsə, respublikada xarici təsir agentləri haqqında qanunun qəbuluna mane olacaq. O bildirib ki, layihəyə qəti şəkildə qarşı çıxır.
Eyni zamanda, bu təşəbbüs jurnalistlərin, siyasətçilərin, ictimai xadimlərin və hətta dövlət başçısının tənqidlərinə baxmayaraq, parlamentdə lazımi sayda səs toplaya bilər.
