Xarici ekspertlər Edillidəki kütləvi məzarlığa səfər ediblərbackend

Xarici ekspertlər Edillidəki kütləvi məzarlığa səfər ediblər

Bu gün Çexiya, Slovakiya, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT və öz ölkələrində parlamentdə çalışan nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığa səfəri olub.

KONKRET.az xəbər verir ki, səfər iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir və girov götürdüyü azərbaycanlıları öldürüb kütləvi dəfn etdikləri və bu günədək həmin məzarlıqların xəritələrinin təqdim edilmədiyini bildiriblər.

O da bildirilib ki, həmin illərdə itkin düşən 4 min nəfərədək soydaşımız barədə heç bir məlumat verilməyib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*