İran Ermənistanla əlaqənin kəsilməsinə imkan verməyəcək.
KONKRET.az ILNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. O bildirib ki, İran Ermənistanla əlaqənin kəsilməsinin qarşısını alacaq.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün İran İslam Respublikası da bölgədə hərbi təlimlər keçirir.
“İran Ermənistanla əlaqə yolunun bağlanmasına imkan verməyəcək. Və bu məqsədlə İran İslam Respublikası digər məsələlərlə yanaşı, bu regionda hərbi təlimlərə başlayıb”, – deyə Abdullahian Azərbaycan və Ermənistan arasında sərhəd münaqişəsi ilə bağlı regiondakı vəziyyəti şərh edib.
Qeyd edək ki, İİKK ölkənin şimal-qərbində Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlər keçirir.
Xuraman Etibarlı,
KONKRET.az

AY IRAN,SENE ISLAM DÖVLETI DEMEƏK HARAMDIR..SE ELE ERMENISEN,ERMENI