Xarici ölkələrdəki ən yaşlı seçici Qazaxıstandakı səfirliyimizdə səs verib – Səfir şəxsən qarşıladı + FOTObackend

Xarici ölkələrdəki ən yaşlı seçici Qazaxıstandakı səfirliyimizdə səs verib – Səfir şəxsən qarşıladı + FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Ölkəmizin Qazaxıstandakı səfirliyində təşkil edilmiş seçki məntəqəsində seçici fəallığı müşahidə edilir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə müxbiri xəbər verir ki, Qazaxıstanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının seçki prosesində iştirak faizi yüksəkdir.

Səs vermək üçün Astanadakı səfirliyimizə gələn 81 yaşlı Pərnisə Əliyevanı səfirimiz şəxsən qarşılayıb.

Maraqlı fakt isə odur ki, sözügedən Pərnisə Əliyeva xarici ölkələrdə təşkil olunmuş məntəqələr üzrə səs vermiş ən yaşlı seçicimizdir. Qeyd edək ki, o, 1943 – cü il təvəllüdlüdür.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*