Xersondakı soydaşlarımız Krıma getməkdən imtina etdilər – VİDEObackend

Xersondakı soydaşlarımız Krıma getməkdən imtina etdilər - VİDEO

Ukraynadakı soydaşlarımızın təxliyəsi və müvafiq yardımlar ala bilməsi üçün yaradılan qaynar xəttə edilən müraciətlərin sayı kəskin azalıb.

KONKRET.az xəbər verir ki, ən kritik durumda olan bölgələrdən azərbaycanlıların çoxu təxliyə olunub.

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov bildirib ki, son müraciətlər əsasən ərzaq təminatı ilə bağlıdır.

“Ukraynada azərbaycanlıların kompakt yaşadığı şəhərlərdən olan Xarkov müharibədən ən çox əziyyət çəkən ərazilərdən biridir. Amma şəhəri hələ də tərk etmək istəməyən soydaşlarımız var və onlarla da təmaslar davam edir”, – deyə C.Məmmədov əlavə edib.
Rusiya silahlı qüvvələrinin nəzarətinə keçən Xerson şəhərində də xeyli sayda soydaşımız qalıb və onlar Krıma təxliyə təklifini qəbul etməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*