Xəstəxanalarda xəstələri ziyarət etmək qadağan edildibackend

Xəstəxanalarda xəstələri ziyarət etmək qadağan edildi

Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir.

Bu barədə KONKRET.az -a Nazirlər Kabineti yanında Operativ  Qərargahdan məlumat verilib.

Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*