Qazaxıstanın Aktau şəhərində Uçan Naməlum Obyektin (UNO) video görüntüləri yayılıb. “Bu nədir” adlı video youtube sosial şəbəkəsində bu gün yerləşdirilib. Video-görüntülərdən də görünür ki, gecə saatlarında UNO sərbəst şəkildə hərəkət edir, səmada tez-tez yoxa çıxır və yenidən görünür. Video – görüntü Aktau sakinlərindən biri tərəfindən gecə 2:30-da qeydə alınıb.
