Tokayev Xəzərin dayazlaşmasından DANIŞDI: “Geri dönüş olmayacaq”backend

Tokayev Xəzərin dayazlaşmasından DANIŞDI: "Geri dönüş olmayacaq"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasından narahatlığını ifadə edib.

KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, bu proses indiki templə davam edərsə, geri dönməz xarakter alaraq ciddi ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər.

“Sürətlə davam edən dayazlaşma təhlükəli prosesdir və ekosistemin pozulması ilə yanaşı, geniş miqyaslı problemlər doğura bilər. Bu səbəbdən Qazaxıstan Xəzərin ekosisteminin qorunması və dayazlaşmanın qarşısının alınmasına yönəlmiş xüsusi beynəlxalq proqramın hazırlanmasını təklif edib”, – deyə Tokayev qeyd edib.

Dövlət başçısı həmçinin dünya ictimaiyyətinə Xəzərin qorunması üzrə tədbirləri dəstəkləməyə çağırıb: “Ümumiyyətlə, mənə görə, su diplomatiyası ölkələrarası sıx koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar isə adətən parçalanmış şəkildə, dar səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir ki, bu da artan su problemlərinin miqyasına uyğun gəlmir”, – deyə o əlavə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*