Xəzər YOXA ÇIXIR – Qazaxıstan həyəcan təbili ÇALIRbackend

Xəzər YOXA ÇIXIR - Qazaxıstan həyəcan təbili ÇALIR

Xəzər dənizi yoxa çıxır. 

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan nəşri məlumat yayıb. Nəşr Xəzər dənizinin təhlükəli vəziyyətdə olmasını bildirir.

Qazaxıstan həyəcan təbili çalır. Dəniz səviyyəsi tarixi minimumdan 10 sm aşağı düşüb. 2019-2020-ci illərdə dayazlaşma prosesi sürətlənib.

“Dəniz çox sürətlə çəkilməyə başlayıb. İstirahətçilərin əvvəllər suya daldıqları körpülər indi tamamilə qurudadır”, – nəşr yazıb.

Dayazlaşmanın əsas səbəbi kimi qazax alimləri yağıntıların azalmasını göstərirlər. Bundan əlavə, “Volqaya axan kiçik çaylar artıq əvvəlki kimi su daşımır – məişət ehtiyacları üçün ayrılır”.

Biznesmen və bloger Azamat Sarsenbaev uzun müddətdir ki, dənizin və onun ətrafının fotolarını çəkir.

“Son bir neçə ildir ki, dənizimizin getdiyini izləmək mənim üçün acı və ağrılıdır. Görürəm ki, vaxtilə suya daldığımız yerlər indi çılpaqdır. Bəzi yerlərdə dəniz artıq sahildən 50-60 m uzaqlaşıb. Bəli, əlbəttə ki, elm adamları dənizin dövri olduğunu izah edirlər – gəlir və gedir, amma dənizin gözünüzün qarşısında necə yoxa çıxdığını izləmək qorxudur”, – Sarsenbayev deyib.

Yeri gəlmişkən, Xəzər yeganə dənizdir ki, onun içinə 300-ə yaxın irili-xırdalı çay axır, bir dənə də olsun çıxmır. Xəzər dənizinin səviyyəsini nisbətən sakit saxlayan çaylardır. Ancaq yalnız bir şərtlə – əgər onların su axını iqlim dəyişikliyindən və ya insan təsirindən asılı olaraq dəyişməzsə. Qazaxıstan alimləri qeyd edirlər ki, son illərdə Uralın Xəzər dənizinə gətirdiyi suyun həcmi 12 min kubmetrdən 4 minə qədər azalıb.

Bundan başqa, iqlim dəyişikliyi ilə əlaqədar planetdə buxarlanma prosesi “ağırlaşıb” ki, bu da Xəzər dənizinin səviyyəsinə təsir edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*