Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldıbackend

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Dekabrın 9-da Astara rayonu Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

İtkin düşmüş digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*