Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən KONKRET.az-a verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.
17:01
Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
13:27
Xəzər dənizində zəlzələ olub.
Bu barədə KONKRET.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub.
